Almaniyanın Ştutqart şəhərində futbol üzrə Avropa çempionatının Çexiya və Türkiyə yığmaları arasında keçirilən oyununun yayımı zamanı bir nəfər azarkeş zonasında bıçaqla azarkeşlərə hücum edib.
Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə "Şlossplatz" meydanında baş verib.
Davaya səbəb mübahisə olub. Hadisə nəticəsində ikisi ağır olmaqla 3 nəfər xəsarət alıb. 25 yaşlı şübhəlinin saxlanıldığı, zərərçəkənlərin isə xəstəxanalara aparıldığı qeyd edilir.
Yusif EYVAZLI