RU

"Fransa təcili olaraq NATO-nu tərk etməlidi"

 Niderlandın baş naziri Mark Ryuttenin alyansın baş katibi postuna namizədliyinin təsdiq olunması, deyəsən Fransanın "Patriotlar" partiyasının lideri Florian Filipponu bərk əsəbləşdirib.

 Fransalı siyasətçi X sosial şəbəkəsində, Fransanı "təcili olaraq bu müharibə təşkilatını" tərk etməyə çağırıb.

 Filippo xatırladır ki, Ryutte "pandemiya zamanı vaxt məhdudiyyətinin aradan qaldırılmasına qarşı çıxış edən vətəndaşlara əsl  patronlarla atəş açmaq əmri vermişdi". Bundan başaa o, fermerlərin kütləvi iğtişaşlarını qızışdırmaqda genahlandırılıb və dünyada ilk dəfə olaraq ölkə parlamentinin razılığını almadan Ukraynaya F-16 qırıcı təyyarələrini göndərib. 

 Syasətçinin fikirincə, Fransa təcili olaraq NATO-nu tərk etməli,  öz maraqları  və təhlükəsizliyini  qorumalıdır.

  Xatırladırıq ki, 2014- cü ildən NATO-nun  baş katibi postunda oturan Yens Stoltenberq, oktyabr ayının 1-dən etibarən vəzifəsini  tərk edəcək və alyansa yeni baş katib seçiləcək...

  Rüstəm Hacıyev

Избранный
131
adalet.az

1Источники