RU

4 dövlət Avropa İttifaqını Rusiya ilə sərhəd boyu müdafiə xətti qurmağa çağırıb

Polşa, Litva, Latviya və Estoniya Avropa İttifaqını Moskvanın hərbi təhdidlərindən qorumaq üçün Rusiya və Belarusla sərhədi boyunca müdafiə xətti qurmağa çağırıb.

Azpost.info bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Agentliyə daxil olan bu ölkələrin liderlərinin məktubunda deyilir: “Rusiya və Belarusla xarici sərhədi boyunca müdafiə infrastrukturu sisteminin qurulması Aİ-ni hərbi və hibrid təhlükələrdən qoruyacaq”.

Təklif cümə axşamı Brüsseldə keçiriləcək Aİ sammitində müzakirə olunacaq.

Hibrid təhdidlər dezinformasiya, kiberhücumlar, iqtisadi təzyiq və miqrantların blokun sərhədləri boyunca köçürülməsi daxil olmaqla, hərbi və qeyri-hərbi, həmçinin gizli və aşkar vasitələrin birləşməsinə aiddir.

Bəzi avropalı diplomatlar Rusiya və Belarusla 700 kilometrlik sərhəddə belə bir müdafiə xəttinin tikintisinin dəyərini təxminən 2,5 milyard avro (2,67 milyard dollar) qiymətləndiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
1
azpost.info

2Источники