AZ

Rusiya və Belarus sərhədində tədbirlər görülməsi çağırışı

Polşa, Litva, Latviya və Estoniya Moskvanın hərbi təhdidlərindən və digər zərərli hərəkətlərindən qorumaq üçün Avropa İttifaqını Rusiya və Belarusla sərhədi boyunca müdafiə xətti qurmağa çağırıb.

Herbiand.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentlik xəbər verir ki, bu ölkələrin liderlərinin məktubunda deyilir: “Aİ-nin Rusiya və Belarusla xarici sərhədi boyunca müdafiə infrastrukturu sisteminin qurulması Aİ-ni hərbi və hibrid təhlükələrdən qoruya bilər”.

Təklif cümə axşamı Brüsseldə açılacaq Aİ sammitində müzakirə olunacaq.

Bəzi avropalı diplomatlar Rusiya və Belarusla 700 kilometrlik sərhəddə belə müdafiə xəttinin tikintisinin dəyərini təxminən 2,5 milyard avro (2,67 milyard dollar) qiymətləndiriblər.

Herbiand.az

Seçilən
71
1
herbiand.az

2Mənbələr