RU

Sumqayıtda avtomobilin vurduğu 68 yaşlı qadın xəstəxanada ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS report-a istinadən verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
 
Belə ki, Alim Nemət oğlu Tağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil piyada, 1956-cı il təvəllüdlü Umkürsüm İslam qızı Abdullayevanı vurub.
 
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
54
2
baku.ws

3Источники