RU

“İrəvanın danışıqlarda mövqeyi getdikcə ziddiyyətli olur” –TOFİQ ZÜLFÜQAROV

“90-cı illərdə Ermənistana silah tədarükü başa çatdqıdan sonra İrəvanın sinxron şəkildə danışıqlarda mövqeyi sərtləşməyə başladı. İndi Hindistan və Fransadan silah tədarükü, eləcə də ABŞ və Aİ-nin yardım paketləri də Ermənistanın mövqeyini getdikcə daha ziddiyyətli edir”.

Azpost.info bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İrəvanın sülh bəyanatlarını şərh edərkən yazıb.

Sabiq nazirin sözlərinə görə, “sülhpərvər leksikaya” baxmayaraq, Ermənistan ilhaqçı siyasətin nəticələrini aradan qaldırmaq istəmədikləri barədə getdikcə daha aydın bəyanatlar verir:  “Təcavüzü qanuniləşdirən hüquqi aktlar da təcavüzün bir formasıdır. Azərbaycan COP-29-a qədər Ermənistandakı vəziyyətin dinamikasının bütün nüanslarını diqqətlə izləyəcək. Daha sonra isə…“-deyə T.Zülfüqarov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
1
azpost.info

2Источники