AZ

“İrəvan işğalçı siyasətdən əl çəkmək istəmir” - Tofiq Zülfüqarov

“90-cı illərdə Ermənistana silah tədarükü başa çatdqıdan sonra İrəvanın sinxron şəkildə danışıqlarda mövqeyi sərtlşməyə başladı. İndi Hindistan və Fransadan silah tədarükü, eləcə də ABŞ və Aİ-nin yardım paketləri də Ermənistanın mövqeyini getdikcə daha ziddiyyətli edir”.


Bakupost.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İrəvanın sülh bəyanatlarını şərh edərkən sosial şəbəkədə yazıb.


Sabiq nazir qeyd edib ki, “sülhpərvər leksikaya” baxmayaraq, Ermənistan işğalçı siyasətin nəticələrini aradan qaldırmaq istəmədiyi barədə getdikcə daha aydın bəyanatlar verir:


“Təcavüzü qanuniləşdirən hüquqi aktlar da təcavüzün bir formasıdır. Azərbaycan COP-29-a qədər Ermənistandakı vəziyyətin dinamikasının bütün nüanslarını diqqətlə izləyəcək. Daha sonra isə…“ - deyə T.Zülfüqarov bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
bakupost.az

2Mənbələr