RU

Britaniya XİN Ukraynanın hələ NATO-ya üzv olmayacağını bildirib

Alyansın iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində Ukrayna NATO-ya üzv olmaq üçün dəvət almayacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.

Kemeronun sözlərinə görə, ABŞ bunu dəstəkləməyəcəyi üçün dəvət olmayacaq.

“Mən Ukrayna prezidenti Vladimir Zelenskiyə də dedim: “Gəlin NATO-nun Ukraynaya dəstəyi ilə bağlı ən düzgün sözləri ifadə etməyə çalışaq. “Ancaq yox, sammitə qədər NATO ilə Ukrayna arasında münaqişə olmamalıdır”, – britaniyalı nazir bildirib.

Buna baxmayaraq, Kemeron Ukraynanın NATO-ya potensial üzvlüyünü dəstəklədiyini, lakin Vaşinqtonda keçiriləcək sammitdə ölkənin alyansa dəvət olunmayacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
2
nocomment.az

3Источники