AZ

Kemeron: “Ukrayna NATO-ya üzv olmayacaq“

NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya alyansa üzv olmaq üçün dəvət göndərilməyəcək.

News365.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib. Kemeronun sözlərinə görə, ABŞ bu məsələni dəstəkləməyəcəyi üçün dəvət məsələsi olmayacaq.

“Mən Ukrayna prezidenti Vladimir Zelenskiyə belə dedim: “Gəlin NATO-nun Ukraynaya dəstəyi ilə bağlı ən düzgün sözləri söyləməyə çalışaq. Amma gəlin sammitdən əvvəl NATO ilə Ukrayna arasında mübahisələrə yol verməyək”, - britaniyalı nazir bildirib.

Buna baxmayaraq, Kemeron Ukraynanın NATO-ya potensial üzvlüyünü dəstəklədiyini, lakin Vaşinqtonda keçiriləcək sammitdə ölkənin alyansa dəvət olunmayacağını dönə-dönə bəyan edib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
news365.az

3Mənbələr