RU

Zaqatalada avtomobilinin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb

Zaqatalada yeniyetmənin ölüm faktı ilə nəticələnən yol nəqliyyat hadisəsiylə bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddəsiylə cinayət işi başlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.

    İstintaq aparılır.

    ***

    Zaqatalada dörd gün əvvəl mavtomobilinin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb.

    APA-nın məlumatına görə, 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.

    Qeyd edək ki, 14 yaşlı Ə. Alxasov iyun ayının 22-i axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili tərəfindən vurulmuşdu.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Избранный
    76
    6
    avtosfer.az

    10Источники