RU

Yeni alınan hərbi təyyarəmiz: bir ədədinin qiyməti…

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.

Publika.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a açıqlamasında “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacağını bildirib.

“Bununla birlikdə “C-27J Spartan” təyyarələrinin alınmasının əsas səbəbi Azərbaycan Ordusunun logistik imkanlarının artırılmasıdır. İtaliya-ABŞ birgə istehsalı olan təyyarələr hərbi nəqliyyat sinfinə aiddir.

Bu təyyarələrdən 2022-ci ildə 87 ədəd sifariş edilib. Bunlardan iki ədədini də məhz Azərbaycan sifariş etmişdi. Ümumilikdə təyyarənin arsenalımıza daxil edilməsi modernləşdirmə proqramının bir hissəsidir”.

Избранный
39
5
publika.az

7Источники