RU

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bakı. Trend:

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə AzərbaycanOrdusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində,Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsilmüəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdəəvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanınsuverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərinxatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Keçirilən tədbirlər zamanı Azərbaycan Respublikasının SilahlıQüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli yoldandanışılıb. Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi orduquruculuğu sahəsində də Ulu Öndərin misilsiz xidmətləri sayəsindəvahid komandanlıq prinsipi ilə idarə edilən nizami orduyaradılmışdır. Bu gün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanİlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək döyüşqabiliyyətinə malik ordu formalaşıb. Bunun nəticəsidir ki, Vətənmüharibəsində rəşadətli Ordumuz qısa müddət ərzində düşmənin hərbitexnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhvedərək torpaqlarımızı işğaldan azad edib, xalqımıza qələbəsevincini bəxş edib.

Plana uyğun olaraq, hərbi hissələrdə ictimai-siyasi hazırlıqdərsləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar,o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli vəbədii filmlər nümayiş etdirilib, “Əsgərə məktub” layihəsiçərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb. Həmçininşəhidlərimizin məzarları ziyarət olunub və onların ailələri iləgörüşlər keçirilib.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji vəMədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və MədəniyyətMərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin,rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsertproqramları təqdim olunub.

Tədbirlərdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçumükafatlandırılıb.

26 İyun - Silahlı Qüvvələr Günü, həmçinin AzərbaycanRespublikasının xaricdəki nümayəndəliklərində də təntənəli şəkildəqeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
18
az.trend.az

10Источники