Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb.Bolgə.TV-nin verdiyi məlumata görə, bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37-ci kilometrliyində Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə "52 saylı Lerik yol istismarı" MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir.Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта