Türkiyədə tikintidə qəlibçi işləyən Mahmut Duran (49) işləyərkən müvazinətini itirərək 6-cı mərtəbədən yıxılıb.
News24.az xəbər verir ki, hadisə yerində dünyasını dəyişən Duranın cəsədi polis qruplarının müayinəsindən sonra meyitxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə