Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda üz-üzə gələcək Çexiya və Türkiyə milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) iki dəfə qarşılaşıblar.
Demokrat.az xəbər verir ki, əvvəlki iki görüş qitəmiqyaslı yarışlara təsadüf edib.
"Ay-ulduzlular" AVRO-2008-də 3:2, AVRO-2016-da 2:0 hesablı qələbəyə sevinib.
F qrupunun digər görüşündə Portuqaliya Gürcüstanı sınağa çəkəcək. Tərəflər böyük turnirlərdə ilk dəfə rəqib olacaqlar.
E qrupunda yer alan Slovakiya Rumıniya ilə, Ukrayna isə Belçika ilə ilk dəfə Avropa və dünya çempionatlarında münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, E qrupunun matçları Bakı vaxtı ilə saat 20:00-da, F qrupunun oyunları isə 23:00-da başlayacaq.
5Источники
-
demokrat.azAVRO-2024: Türkiyə və Çexiya böyük turnirlərdə üçüncü dəfə üz-üzə gələcək ( 7975664)
-
baku.wsAVRO-2024: Türkiyə və Çexiya böyük turnirlərdə üçüncü dəfə üz-üzə gələcək ( 7974134)
-
far.azFutbolAVRO-2024: Türkiyə və Çexiya böyük turnirlərdə üçüncü dəfə üz-üzə gələcək ( 7969739)
-
moderator.azAVRO-2024: Türkiyə və Çexiya böyük turnirlərdə üçüncü dəfə üz-üzə gələcək ( 7968992)
-
sia.azAvropa çempionatının F qrupunun III turunda Çexiya və Türkiyə milliləri qarşılaşacaq ( 7968800)