RU

ABŞ-dan Assanca qadağa: İcazəsiz gələ bilməzsən

Amerika hakimiyyəti “WikiLeaks”in qurucusu Culian Assanca xüsusi icazə olmadan ABŞ-a qayıtmağı qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Hökm çıxarıldıqdan sonra o, ABŞ-dan vətəni Avstraliyaya uçacaq. İddia müqaviləsinə əsasən, Assanca icazəsiz ABŞ-a qayıtmaq qadağandır”, - sənəddə deyilir.

Ədliyyə Nazirliyi də açıqlamasında bildirib ki, Assancın təqsirini qismən etiraf etməsi ABŞ-da onun işi üzrə məhkəmə prosesinin sona çatdığını göstərir.

Sənəddən göründüyü kimi, Assanc “milli təhlükəsizliyə aid məxfi sənədləri qanunsuz əldə etmək və açıqlamaq” üçün sui-qəsddə günahkar olduğunu etiraf edib.

Избранный
50
3
publika.az

4Источники