Bakı. TurkicWorld :
2024-ci ilin may ayında Özbəkistandan Türkiyəyə 46 min 934 turist səfər edib ki, bu da 2023-cu ilin may ayı ilə müqayisədə 22,72 faiz çoxdur.
Bu barədə TurkicWorld-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 0,91 faiz təşkil edib.
2024-ci ilin yanvar-may aylarında Özbəkistandan Türkiyəyə 185 935 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,84 faiz çoxdur.
2024-ci ilin yanvar-may aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,18 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin may Türkiyəyə 5 milyon 130 min 119 turist səfər edib ki, bu da ötən ilin mayı ilə müqayisədə 14 faiz çoxdur.
2024-ci ilin yanvar-may aylarında 15 milyon 784 min 213 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,47 faiz çoxdur.