AZ

Qırğızıstandan Türkiyəyə səfər edənlərin sayında artım olub

Bakı. TurkicWorld:

2024-ci ilin may ayında Qırğızıstandan Türkiyəyə 21 min 328 turist səfər edib ki, bu da 2023-cu ilin may ayı ilə müqayisədə 22,7 faiz çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,42 faiz təşkil edib.

2024-ci ilin yanvar-may aylarında Qırğızıstandan Türkiyəyə 74 271 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,09 faiz çoxdur.

2024-ci ilin yanvar-may aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,47 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin may Türkiyəyə 5 milyon 130 min 119 turist səfər edib ki, bu da ötən ilin mayı ilə müqayisədə 14 faiz çoxdur.

2024-ci ilin yanvar-may aylarında 15 milyon 784 min 213 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,47 faiz çoxdur.

Seçilən
77
10
turkic.world

10Mənbələr