RU

Rusiya Ukraynada döyüşmək üçün yeni ordu yaradır?

Rusiya Ukraynaya qarşı müharibə üçün yeni ordu yarada bilər.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-da mənzillənən Müharibə Tədqiqatları İnstitutu (ISW) yazıb.

 

Bu yaxınlarda analitiklər Rusiya qüvvələrinin 155-ci dəniz piyada briqadasının və 9-cu motoatıcı briqadanın ("DXR"-nin 1-ci Ordu Korpusu) hissələrini Donetskin qərbindən və cənub-qərbindən Xarkov istiqamətinə köçürdüyü barədə məlumat əldə ediblər. “51-ci Ordu” haqqında heç bir məlumat qeydə alınmayıb.

 

ISW qeyd edir ki, Rusiya ordusu 9-cu motoatıcı briqadanı böyük ehtimalla yenidən canlanmış “51-ci Ordu”ya tabe edib.

Избранный
113
modern.az

1Источники