Almaniyada təşkil olunan Avropa çempionatında qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, III turun son görüşləri E və F qruplarında keçiriləcək.
E qrupunda Slovakiya və Rumniya komandaları Frankfurt şəhərində üz-üzə gələcəklər. Hazırda hər iki komanda 3 xala malikdir. Rumıniya qrup lideridirsə, Slovakiya üçüncü pillədədir. Qrupun digər matçında Belçika və Ukrayna komandaları qarşılaşacaqlar. Bu görüş Ştutqart şəhərində baş tutacaq.
Hər iki oyuna Bakı vaxtilə saat 20:00-da start veriləcək.
Telegram kanalımız