Avropa çempionatının C qrupunda son matçlar keçirilib.
İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkib.
Matç elə başladığı kimi başa çatıb: 0:0.
Qrupun digər matçı Münhendə oynanılıb. İkinci pillədə qərarlaşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdən də qol səsi çıxmayıb: 0:0.
Beləliklə, hər iki oyun sonrası turnir cədvəlində heç bir dəyişiklik olmayıb.