ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden qanunsuz silah əldə etmək iddiası ilə bağlı işində təqsirli bilinmişdi.
Milli.Az APA-ya istinadən xəbər verir ki, cinayət işi ilə bağlı bu gün paytaxt Vaşinqtonda Hanter Baydenin vəkillik lisenziyası da dondurulub.
Qeyd edək ki, tez-tez qalmaqallarla gündəmə gələn ABŞ prezidenti Co Baydenin oğlu 2018-ci ildə narkotikdən asılı olduğu dövrdə qanunsuz olaraq odlu silah əldə etməkdə, alış zamanı narkotikdən istifadə edib-etmədiyinə dair suallara yalan ifadələr verməklə federal qanunları pozmaqda və bu silahı qanunsuz saxlamaqda ittiham olunurdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun