AZ

Baydenin oğluna daha bir şok

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin vəkillik lisenziyası dondurulub.

Axar.az xəbər verir ki, bununla bağlı Vaşinqontda keçirilən məhkəmədə qərar verilib.

Qeyd edək ki, tez-tez qalmaqallarla gündəmə gələn ABŞ prezidenti Co Baydenin oğlu 2018-ci ildə narkotikdən asılı olduğu dövrdə qanunsuz olaraq odlu silah əldə etməkdə, alış zamanı narkotikdən istifadə edib-etmədiyinə dair suallara yalan ifadələr verməklə federal qanunları pozmaqda və bu silahı qanunsuz saxlamaqda ittiham olunurdu.

Seçilən
80
2
axar.az

6Mənbələr