RU

Neymar Braziliya millisinin futbolçularına müraciət etdi

“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar 2024-cü il Amerika Kubokunda iştirak edən Braziliya millisinin futbolçularına müraciət edib.

Arena.az məlumat verir ki, “Ney” bu barədə özünün sosial şəbəkə hesabları üzərindən çağırış paylaşıb:

“Biz meydanda olanda, əlbəttə, əlimizdən gələni etmək istəyirik. Amma elə bir gün gəlir ki, nəsə etmək alınmır. Futbolçu olmaq diqqət – hədəfi olmaqdır. Etdiyiniz hər bir hərəkət böyük diqqətlə qiymətləndirilir. Amma biz braziliyalıların hamısı milli komandada oynamaq arzusundayıq.

Bu gün çox əsəbiləşmiş bir azarkeş idim, amma Braziliyanı dəstəkləməyi heç vaxt dayandırmayacağam. Bu oyun bitdi, növbəti oyuna hazırlaşın, ona canınızı verin. Mən çox yaxşı başa düşürəm ki, milli komandanın bir çox oyunçuları daha yaxşı oynaya bilərlər. Hamımız üçün, öz ailələri naminə. Braziliya uğrunda”, deyə Neymar vətənpərvər ruhda çağırış edib.

Xatırladaq ki, Braziliya millisi Amerika Kubokunda ilk oyununda Kosta-Rika yığması ilə gözlənilməz heç-heçə oynayıb – 0:0.
“Selesao” növbəti oyununu qrup mərhələsinin 2-ci turu çərçivəsində iyunun 29-da Paraqvay yığması ilə keçirəcək.

Избранный
120
28
arena.az

10Источники