RU

“Təəccüblə yazır ki, sən də toy aparırsan?” – Tural Museyibov

Tanınmış aparıcı, jurnalist Tural Museyibov yeni toy adətlərinin tənqid olunmasından danışıb.

Minval.info Dərgi.az-a istinadən xəbər verir ki, aparıcı bildirib ki, bəzi adət- ənənələrə sadiq qalmaqla yeniliklərə açıq olmaq lazımdır:

 

“Yenilik hər zaman olub. Köklü ənənələrimizi zədələməyən yenilikləri niyə də qəbul etməyək? Tənqid xatirinə danışılır, amma bu düzgün deyil. Toy adət-ənənəsi hər zaman olub. Toy bizim folklyorumuzu,  ənənələrimizi  bu günümüzə gətirir. Bizim özünəməxsus ailə institutumuz var.  Biz ailəyə dəyər veririk.  Toy məclislərimiz də bunun bir nümunəsidir ki, qohumlar, yaxınlar iki gəncin evliliyə ilk addımını dəstəkləyir, onların yanında olur, xeyir-dua verir. Əvvəllər bizdə mağar toyları vardı. İndi toylar restoranda keçirilir, bir film formatında konsert kimi keçir. Bu müasirlikdir. Gənclər sevdikləri müğənniləri, aparıcıları məclislərə dəvət edir, bəzən səhnəyə çıxıb rəqs edirlər. Bu onların özəl günüdür. Aparıcısı olduğum toylarda da müşahidə edirəm ki, müasir toylar çox maraqlıdır, çox  əyləncəlidir. Təbii ki, çərçivədən çıxmadan, adət-ənənələrdən tam uzaqlaşmadan bütün  yeniliklər gözəldir. Mənə adətən valideynlər zəng edir ki, övladımın xeyir işini istəyirik Siz aparasınız. İndi toydan paylaşım edəndə bəzi dostlarım təəccüblə yazır ki, sən də toylara gedirsən? Mən jurnalist olmaqla yanaşı böyük-kiçik yeri bilən, səlis nitq qabiliyyəti olan aparıcıyam. İllərdir ki, seçilən məclis və tədbirlərdə aparıcılıq edirəm. Sadəcə olaraq paylaşmırdım, bu tərəfimi göstərmirdim. Lakin dostlarım təkid etdi ki, bölüş, insanlar bilsin, bu səndə yaxşı alınır. Bir daha qeyd edirəm, yerində edilən yeniliklərə açıq olmaq lazımdır”.

 

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Tural Museyibov (@museyibovtural_official_page)

Избранный
140
1
minval.info

2Источники