RU

ABŞ Suriyadakı bazasına əlavə qüvvələr göndərib

ABŞ ordusu Suriyanın Həsəkə vilayətində terror təşkilatı PKK/YPG-nin işğalı altında olan bölgələrdəki bazasına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.

ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan "Bradley" tipli zirehli maşınların da olduğu 40 maşından ibarət karvan Hasəkənin Kasrek kəndindəki hərbi bazaya çatıb.

Karvana yanacaq tankerləri, tibbi ləvazimat və sursatla yüklənmiş hərbi maşınlar daxildir.

Qeyd edək ki, daha öncə ABŞ ordusu aprelin 24-də terror təşkilatı PKK/YPG-nin Hasəkə vilayətində işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
3
aznews.az

4Источники