AZ

ABŞ Suriyadakı bazasına əlavə qüvvələr göndərib

ABŞ ordusu Suriyanın Həsəkə vilayətində terror təşkilatı PKK-nın işğalı altında olan bölgələrdəki bazasına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.

525.az xəbər verir ki, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid sərhəd qapısından Həsəkəyə daxil olub. ABŞ əsgərlərini daşıyan "Bradley" tipli zirehli maşınların da olduğu karvan Hasəkənin Kasrek kəndindəki hərbi bazaya çatıb.

Qeyd edək ki, konvoya yanacaq tankerləri, tibbi ləvazimat və sursatla yüklənmiş hərbi maşınlar daxildir.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
525.az

4Mənbələr