RU

Macarıstan Aİ-yə sədrlik edəcək: Brüssel və Budapeşt arasında isə gərginlik artır

İyulun 1-də Avropa İttifaqına sədrlik edəcək Macarıstan ilə Aİ arasında fikir ayrılıqları davam edir. Səbəb birlik hüququnun aliliyi və Ukraynanın üzvlüyü kimi fundamental məsələlərdir.

Publika.az xəbər verir ki, Aİ ölkələrinin Avropa işlərinə cavabdeh nazirləri Belçikanın sədrliyi çərçivəsində son iclasda Lüksemburqda bir araya gəlib.

Yanvarın 1-dən bu vəzifədə olan Belçika iyulun 1-də sədrlik səlahiyyətlərini Macarıstana təhvil verəcək. Belçikanın xarici işlər naziri Hadja Lahbib nazirlərin Macarıstana qarşı Aİ qanunlarını pozduğu səbəbilə həyata keçirilən prosedurla bağlı son vəziyyəti də müzakirə edəcəklərini bildirib.

Macarıstanın Avropa məsələləri üzrə naziri Yanoş Boka ölkəsinə qarşı tətbiq edilən pozuntu proseduruna münasibət bildirib: “7-ci maddə proseduru Avropa Parlamentinin seçki kampaniyasında siyasi məsələyə çevrildi və Macarıstanı məcbur etmək üçün siyasi təzyiq vasitəsi kimi istifadə edildi. Seçkidən sonra müzakirəni daha obyektiv və konstruktiv edə bilməyi diləyirəm, amma ümidim çox deyil. Yenə də biz heç vaxt təslim olmayacağıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
2
publika.az

10Источники