RU

Ramin Məmmədov Sabirabadda vətəndaşları qəbul edib



Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyun ayının 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sabirabad rayonunda vətəndaşları qəbul edib.

Newscenter.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, dini təhsil, maarifləndirmə işinin genişləndirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Qəbuldan sonra Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sabirabadda bir qrup şəhid ailəsi ilə görüşüb. Görüş zamanı R.Məmmədov şəhid ailələrinin qayğıları ilə yaxından maraqlanıb, qaldırılan məsələlərin həlli ilə bağlı qanunvericilik çərçivəsində tədbirlərin görüləcəyini bildirib.

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
3
newscenter.az

5Источники