AZ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyun ayının 25-də Sabirabad rayonunda vətəndaşları qəbul edib.

Bu barədə 525.az-a komitədən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, dini təhsil, maarifləndirmə işinin genişləndirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Qəbuldan sonra Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sabirabadda bir qrup şəhid ailəsi ilə görüşüb. Görüş zamanı R.Məmmədov şəhid ailələrinin qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin həlli ilə bağlı qanunvericilik çərçivəsində tədbirlərin görüləcəyini bildirib.

Sevinc Qarayeva 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
525.az

5Mənbələr