Əgər sürücülük vəsiqəm varsa, lakin avtomobil idarə edərkən onu özümlə götürməyi unutmuşamsa, bunun cəriməsi varmı?
Bu sualımıza vəkil Elman Qasımov aydınlıq gətirib.
Hit.az-a açıqlama verən vəkil Elman Qasımov bildirib ki, bəzən yol polisləri bununla bağlı sürücüləri cərimə ilə təhdid etsələr də, qanunda başqa şey yazılıb:
“Sürücü sürücülük vəsiqəsini öz üzərində daşımalıdır. Lakin daşımadığı təqdirdə bununla bağlı İnzibati Xətalar Məcəlləsində hər hansı bir məsuliyyət və ya cərimə nəzərdə tutulmayıb”,- deyə o bildirib.
Murad