RU

Bayden Keniyanı NATO üzvü olmayan mühüm müttəfiq adlandırıb

ABŞ Prezidenti Co Bayden Keniyanı NATO üzvü olmayan mühüm müttəfiq adlandırıb.

Demedia.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb. Ağ Evin bəyanatında deyilir: “1961-ci il Xarici Yardım Aktının 517-ci bölümü də daxil olmaqla Amerika Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə prezident kimi mənə (Baydenə) verilən səlahiyyətlə Keniyanı Silah İxracına Nəzarət Qanununun məqsədləri üçün NATO üzvü olmayan mühüm müttəfiqi elan edirəm”.

Beləliklə, Keniya "NATO-dan kənar mühüm müttəfiq" titulunu alan ilk Saharaaltı Afrika ölkəsi olub.

Bahadur Seyidov

Избранный
83
1
demedia.az

2Источники