General-polkovnik Z.Həsənov hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib. Sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvollar vurulub. Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarına diplomlar təqdim olunub.
Kursantlar hərbi orkestrin müşayiəti ilə hərbi institutun marşını ifa ediblər. Təntənəli mərasimin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.