"Napoli"nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya PSJ ilə müqavilənin şərtlərini razılaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında 5 illik müqavilə razılaşdırılıb. Kvaratsxeliyanın maaşı ildə 7,5 milyon avro olacaq.
23 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də çıxış edir. O, ötən mövsüm 45 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
Mirağa