RU

Azərbaycan klubuna yeni baş məşqçisi təyin olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkmənistanlı mütəxəssis Kurban Berdıyev "Turan Tovuz"un baş məşqçisi təyin olunub.
Oxu.Az xəbər verir ki, Kurban Berdiyevlə 2+1 illik müqavilə imzalanıb.
Daha çox Rusiya təmsilçisi "Rubin"dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda "Kayrat", "Taraz", Türkiyədə "Gənclərbirliyi", Türkmənistanda "Nisa" və əsas milli komanda, İranda "Traktor", Rusiyada "Rostov", "Soçi", "Dinamo" (Mahaçqala) komandalarına rəhbərlik edib.
PRO kateqoriyalı mütəxəssis "Rubin"lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020/2021 mövsümündə "Kayrat"la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
50
oxu.az

10Источники