AZ

Kənd məktəbində ilk dəfə günəş enerjisindən istifadə ediləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Goranboyun Eyvazlılar kənd orta məktəbində gələn tədris ilindən etibarən günəş enerjisindən istifadə ediləcək.
Xezerxeber.az-ın məlumatına görə, sözügedən tədris ocağında 80 ədəd günəş paneli quraşdırılıb.
Kənd məktəbində ilk dəfə reallaşan layihəni Elm və Təhsil Nazirliyi bp şirkəti birgə həyata keçirir.
Bununla məktəb həm enerji ilə, həm də istiliklə təmin ediləcək. İşlərin yaxın vaxtlarda tamamlanması planlaşdırılır.
Yaşıl dünya naminə həmrəylik ilində kənd məktəbində reallaşan bu layihə şagirdlərlə yanaşı, müəllimləri də sevindirir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Eyvazlılar kənd ümumi orta məktəbində günəş enerjisindən 2024-2025-ci tədris ilindən etibarən istifadə ediləcək.
Ətraflı süjetdə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
50
oxu.az

10Mənbələr