RU

175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb




BŞTİ-nin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

Newscenter.az-ın xəbərinə görə, monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.

Monitorinq olunan məktəbəqədər təhsil müəssisələrində çatışmazlıqlarla bağlı təkliflərin tətbiqi həyata keçirilib. Həmçinin nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq üçün analitik hesabatlar hazırlanıb.

R.Mehdiyeva
Избранный
118
19
newscenter.az

10Источники