AZ

Bu bağçalarda monitorinq keçirilib

Yazını böyüt
Yazını kiçilt

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.

Monitorinq aparılan məktəbəqədər təhsil müəssisələrinə fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq təkliflər verilib, nəticəyönlü idarəetmə modelini formalaşdırmaq üçün analitik hesabatlar hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
19
hafta.az

10Mənbələr