RU

İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş

Xəbər verdiyimiz kimi, dünən Daşkəsən rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan Elman Məmmədovun oğlu da Gəncədə yüksək vəzifə sahibidir.

E.Məmmədovun oğlu Muraz Məmmədov Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsinin rəis müavinidir.

M.Məmmədov 6 aydır ki, rəis müavini vəzifəzinə təyin edilib. O bundan öncə idarədə sektor müdiri vəzifəsini icra edib.


BiG.Az
Избранный
62
8
big.az

9Источники