AZ

İH-in saxlanılan əməkdaşının oğlu da yüksək vəzifədə işləyirmiş

İH-in saxlanılan əməkdaşının oğlu da yüksək vəzifədə işləyirmiş

Xəbər verdiyimiz kimi, dünən Daşkəsən rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.AFN.az 32gun.az-a istinadən xəbər verir ki, saxlanılanlardan Elman Məmmədovun oğlu da Gəncədə yüksək vəzifə sahibidir. Belə ki, onun oğlu Muraz Məmmədov Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsinin rəis müavinidir.M.Məmmədov 6 aydır ki, rəis müavini vəzifəzinə təyin edilib. O bundan öncə idarədə sektor müdiri vəzifəsini icra edib.

Seçilən
58
8
afn.az

9Mənbələr