Bu gün Avropa çempionatının qrup mərhələsində 3-cu turun növbəti görüşləri keçiriləcək.
Komanda.az xəbər verir ki, D və C qruplarında mübarizəyə yekun vurulacaq.
Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcək. Hazırda D qrupunun lideri olan Niderland millisinin 4, Avstriyanın isə 3 xalı var.
Qrupun digər komandaları Fransa və Polşa isə Dortmundda qarşılaşacaq.
C qrupunda İngiltərə millisi Sloveniyanı sınağa çəkəcək. Qrup lideri İngiltərə 4, Sloveniya isə 2 xala malikdir.
Qrupun digər matçında ikinci pillədəki Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. Danimarka millisinin 2, Serbiyanın isə 1 xalı var.
25 iyun
AÇ-2024, 3-cü tur
D qrupu
20:00. Niderland – AvstriyaBaş hakim: İvan Krujlyak (Slovakiya)Berlin Olimpiya Stadionu
20:00. Fransa – PolşaBaş hakim: Marko Quida (İtaliya)Dortmund, “Siqnal İduna Park”
C qrupu
23:00. İngiltərə – SloveniyaBaş hakim: Klement Turpin (Fransa)Köln, “Reyn Enerqi” stadionu
23:00. Danimarka – SerbiyaBaş hakim: Fransua Leteksye (Fransa)Münhen, “Alyans Arena”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərAÇ-2024 Fransa milli komandası
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта