Xəzərnews.az Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Moskovskiy komsomoleç” saytı məlumat yayıb.
“Ömərovun evinin ətrafında vəziyyət sakitdir, bina hündür hasarla əhatə olunub”, – deyə jurnalistlər qeyd ediblər.
Xatırladaq ki, Dağıstanda faciə iyunun 23-də axşam saatlarında baş verib. Silahlı yaraqlılar Dərbənddə iki pravoslav kilsəsinə və sinaqoqa hücum ediblər, həmçinin Mahaçqalada yol polisi postunu atəşə tutublar. Terror aktı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər də daxil olmaqla 20 nəfər həlak olub.
.