AZ

Dağıstanda terrorçuların atasına məxsus EV AŞKARLANDI

Jurnalistlər Dağıstanda terrorçular Osman və Adil Ömərovun atası olan Serqokalinsk rayonunun keçmiş rəhbəri Maqomed Ömərovun evini aşkar ediblər.

Medianews.az xəbər verir ki, bu barədə Rusiyanın “Moskovskiy komsomoleç” saytı məlumat yayıb.

“Ömərovun evinin ətrafında vəziyyət sakitdir, bina hündür hasarla əhatə olunub”, – deyə jurnalistlər qeyd ediblər.

Xatırladaq ki, Dağıstanda faciə iyunun 23-də axşam saatlarında baş verib. Silahlı yaraqlılar Dərbənddə iki pravoslav kilsəsinə və sinaqoqa hücum ediblər, həmçinin Mahaçqalada yol polisi postunu atəşə tutublar. Terror aktı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər də daxil olmaqla 20 nəfər həlak olub.

Turan ORUC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
medianews.az

2Mənbələr