Onun sözlərinə görə, bu mənada Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizlik baxımdan mühüm önəmə malikdir. Deputat qeyd edib ki, dünyada terror və digər cinayətkarlıq meyllərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə belə təhdidlərin Azərbaycana yol tapa bilməməsinin səbəblərindən biri məhz quru sərhədlərinin bağlı qalmasıdır: "Unutmamalıyıq ki, yalnız güclü və suveren dövlət indiki həssas məqamda öz təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə bilər, o cümlədən təhlükəsizlik elementi kimi quru sərhədini bağlı saxlaya bilər. Sərhədlərlə bağlı qərar göstərir ki, ölkəmiz bu güc və imkana sahibdir".
Bəhruz Məhərrəmov qeyd edib ki, bu situasiya regionda qeyri-sağlam maraqlar güdən gücləri qane edə bilməz və ölkə daxilində 5-ci kolonun iki gündür məsələ ətrafında hay-küy salması təsadüf deyil.