AZ

“Yalnız güclü dövlət indiki məqamda quru sərhədini bağlı saxlaya bilər”

“Rusiyada baş verən son terror aktı, həmçinin, digər region ölkələrində müşahidə olunan qeyri-stabil vəziyyət göstərir ki, təhlükəsizlik məsələsində yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, bu mənada Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizlik baxımdan mühüm önəmə malikdir.

Deputat düşünür ki, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə belə təhdidlərin Azərbaycana yol tapa bilməməsinin səbəblərindən biri məhz quru sərhədlərinin bağlı qalmasıdır: “Unutmamalıyıq ki, yalnız güclü və suveren dövlət indiki həssas məqamda öz təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə bilər, o cümlədən təhlükəsizlik elementi kimi quru sərhədini bağlı saxlaya bilər. Sərhədlərlə bağlı qərar göstərir ki, ölkəmiz bu güc və imkana sahibdir”.

B.Məhərrəmovun sözlərinə görə, bu situasiya regionda qeyri-sağlam maraqlar güdən gücləri qane edə bilməz və ölkə daxilində 5-ci kolonun iki gündür məsələ ətrafında hay-küy salması təsadüf deyil.

Zaur Mirzə

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
6
qafqazinfo.az

7Mənbələr