RU

Azərbaycan meydanlarda məsələ həll olunan anarxiya dövləti deyil - Deputat

"Azərbaycanda ictimai qayda və ictimai təhlükəsizlik tam şəkildə təmin edilir, dövləti, cəmiyyəti və milli maraqları təhdid edən istənilən qəsdin qarşısı qətiyyət və peşəkarlıqla alınır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Nazirlər Kabinetinin Qərarı ilə xüsusi karantin rejimi müddətinin uzadılması təhlükəsizlik baxımdan mühüm önəmə malikdir.

“İndiki həssas dönəmdə, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə belə təhdidlərin Azərbaycana yol tapa bilməməsinin səbəblərindən biri  məhz quru sərhədlərin bağlı qalmasıdır.

Unutmamalıyıq ki, yalnız güclü və suveren dövlət indiki həssas məqamda öz təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə bilər, o cümlədən təhlükəsizlik elementi kimi quru sərhədini bağlı saxlaya bilər. Sərhədlərlə bağlı qərar göstərir ki, ölkəmiz bu güc və imkana sahibdir”.

B.Məhərrəmov bildirib ki, bu situasiya regionda qeyri-sağlam maraqlar güdən gücləri qane edə bilməz və ölkə daxilində "5-ci kolon"un iki gündür məsələ ətrafında hay-küy salması təsadüf ideyil:

“Xatırlayırsınızsa bunlar hətta Nazirlər Kabineti qarşısında aksiya filan keçirmək eşqinə düşmüşdülər, amma təbii ki, Azərbaycan meydanlarda məsələ həll olunan anarxiya dövləti deyil. Heç kim cənab İlham Əliyevin iradəsinə təsir edə bilməz və bu qətiyyət Azərbaycanı daha təhlükəsiz coğrafiyaya çevirməkdədir”.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
2
bakivaxti.az

5Источники