AZ

"Xüsusi karantin rejimi müddətinin uzadılması təhlükəsizlik baxımdan önəmlidir" - Deputat

“Nazirlər Kabinetinin Qərarı ilə xüsusi karantin rejimi müddətinin uzadılması təhlükəsizlik baxımdan mühüm önəmə malikdir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.


  
Millət vəkilinin sözlərinə görə, proseslər göstərir ki, Azərbaycanda ictimai qayda və ictimai təhlükəsizlik tam şəkildə təmin edilir, dövləti, cəmiyyəti və milli maraqları təhdid edən istənilən qəsdin qarşısı peşəkarlıqla alınır. Lakin Rusiyada baş verən son terror aktı, həmçinin digər region ölkələrində müşahidə olunan qeyri-stabil vəziyyət göstərir ki, təhlükəsizlik məsələsində yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir:

 

“İndiki həssas dönəmdə, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə belə təhdidlərin Azərbaycana yol tapa bilməməsinin səbəblərindən biri məhz quru sərhədlərin bağlı qalmasıdır.Unutmamalıyıq ki, yalnız güclü və suveren dövlət indiki həssas məqamda öz təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə bilər, o cümlədən təhlükəsizlik elementi kimi quru sərhədini bağlı saxlaya bilər. Sərhədlərlə bağlı qərar göstərir ki, ölkəmiz bu güc və imkana sahibdir”.

 

Deputat bildirib ki, seçki vaxtı parlamentə can atanlar bu gün parlamentin nüfuzsuzlaşmasına cəhdlər edir:

 

“Baxmayaraq ki, VI çağırış Milli Məclis ən şərəfli və mürəkkəb periodlarda layiqli hakimiyyət qolu kimi fəaliyyəti ilə özünü doğruldub və indi də növbədənkənar seçkilər - hansısa uğursuzluğun, böhranın, məğlubiyyətin yox, möhtərəm Prezidentin liderliyində qələbələrdən, uğurlardan doğan reallığın diqtəsidir.Eyni zamanda heç şübhəsiz ki, növbədənkənar parlament seçkiləri həm də siyasi sistemin heç bir sosial bazisi olmayan, sosial medianın ödənişli paylaşımları hesabına ayaqda qalan anti-milli ünsürlərdən, özünü “xalqa yaxın”, “milli” göstərən saxtakarlardan, müstəqilliyə aparan yeganə yol olan Heydər Əliyevin istiqlal yolundan özünə pay çıxarmağa, rol biçməyə çalışan tükənmiş populistlərdən arınması üçün, siyasi sistemimizin təmizlənməsi üçün mühüm mərhələ olacaq”.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
sfera.az

5Mənbələr