Aktual.az xəbər verir ki, o, bu barədə Dağıstanda baş verən terror aktlarını şərh edərkən deyib.
"Dövlətdən yalnız bir reaksiya olmalıdır: terrorçular üçün ölüm hökmü, onların əlaltıları üçün həbsxana, qohumları və dostları üçün dövlət qulluğundan qovulmaq və ömürlük dövlət orqanlarında işləməmək qadağası”, - o bildirib.
Qeyd edək ki. 23 iyunda Mahaçqala və Dərbənddə terror aktları həyata keçirilib, nəticədə 17 polis, 4 mülki şəxs ölüb. Serqokalinski rayon başçısının iki oğlu və qardaşı oğlu da terrorçular sırasında olub.
Həmçinin terrorçulardan biri "Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının yerli təşkilatına uzun illər sədrlik edib.