RU

Bakıda dələduzluqda təqsirləndirilən müəllimlərdən xəbər var

Bakıda yerləşən 200 saylı orta məktəbdə ibtidai sinif müəllimi olmuş Billurə İsmayılova və Sabunçu rayonunda yerləşən 71 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləmiş Zülfiyyə Qocayevanın barəsindəki qərarından kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsi müəllimləri dələduzluqda təqsirli bilərək onların hər birinin 1 il 6 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4 000 manat cərimə edilməsi barədə hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsin onların şikayətini təmin etməyib.
 


İttihama görə, Billurə İsmayılova tanışı Zülfiyyə Qocayevanı Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib, 200 saylı orta məktəbdə direktor müavini işləyən Arzu Nəzərovanı Təhsil Nazirliyində güya vəzifədə işləyən tanışları vasitəsi ilə Bakı şəhərində məktəblərin birində direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib.
 


Billurə İsmayılova 19 noyabr 2016-cı ildə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində Arzu Nəzərovanın yaşadığı evin qarşısında ondan 38.000 manat alıb.
Daha sonra Billurə İsmayılova və Zülfiyyə Qocayeva 2017-ci il iyun ayının əvvəllərindən 2017-ci ilin sentyabr ayınadək müddət ərzində Arzu Nəzərovadan 73000 manat, sonuncu dəfə M.Ə.Rəsulzadə qəsəbəsində 7.000 manat alıblar. Onlar Arzu Nəzərovaya 118.000 manat ziyan vurublar.

 
Bundan başqa, Billurə İsmayılova Zülfiyyə Qocayeva ilə birlikdə digər tanışı Gülşən Hüseynovanın Ukrayna Respublikasında aldığı magistr təhsilinə dair diplomu Təhsil Nazirliyində güya vəzifədə işləyən tanışları vasitəsi ilə təsdiq etdirəcəyinə və Bakı şəhərində olan məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib.
 


Onlar Gülşən Hüseynovanı aldadaraq 2019-cu ilin sentyabrın ortalarında Nərimanov rayonunda yerləşən “Mado” restoranında ondan 5.000 manat, 2019-cu il sentyabr ayının sonlarında isə “Şəkər Bala” uşaq bağçasının qarşısında 12.000 manat alıblar.
 


İstintaq orqanı tərəfindən Billurə İsmayılova və Zülfiyyə Qocayevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov 
 

Tarix: 25 İyun 2024, 09:13   
Избранный
130
pravda.az

1Источники