Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Avropa Sülh Fonduna köçürmək qərarına gəliblər. "Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib. “Aİ Rusiyanın aktivlərindən gələn gəlirdən Ukraynaya tezliklə 1,4 milyard avro, ilin sonuna qədər isə 1 milyard avro ayıracaq. Aİ ölkələrindən biri Avropa Sülh Fondundan Kiyevə 6milyard avrodan çox ödənişləri əngəlləməyə davam edir",– o qeyd edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта